“Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyeş karyerasını Fransada davam etdirə bilər.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ mərakeşlinin xidmətində maraqlıdır. Hazırda tərəflər keçidin gerçəkləşməsi üçün danışıqları davam etdirir.
29 yaşlı futbolçunun özü də Liqa 1 təmsilçisinə keçməyə razılıq verib.
Hakim Ziyeş 2022/23 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla, 15 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. Onun “zadəganlar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.