"Qarabağ”a qarşı oynamaq xüsusidir. Çünki ölkəmizin ən yaxşı komandalarından biridir".
Sportarena.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Azersun Arena"da "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, rəqibin topla daha çox oynayacağı gözlənilən idi:
"Ani diqqətsizlik qolla nəticələndi. Futbolçular əzmkarlıq göstərdilər. Gələcəyə ümidlə baxa bilərik. Çünki daha yaxşı oynamağımız mümkündür".
Baş məşqçi son dəqiqələrdə qol vurmağın sevindirici olduğunu söyləyib:
"Deməli, “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə mübarizə aparmaq gücümüz var. Oyunçulardan razı qaldıq. Fərdi saəhvlər oldu. Layiqli mübarizə apardıq".
O, cari mövsümdəki əsas məqsədlərini də açıqlayıb:
"Bacardığımız qədər xallar toplayıb aşağıdakı rəqiblərdən uzaqlaşmaq istəyirik. Hələ neçənci olacağımızı deyə bilmərik. Hədəfimiz Premyer Liqanı tərk etməməkdir".
Əsgərli "Şamaxı"nın gözləniləndən daha yaxşı pillədə olduğunu vurğulayıb:
"Çox tez inkişaf etmişik. Üzərimizdə təzyiq yoxdur".