“Mançester Yunayted”in futbolçusu Harri Maquayr “İnter”ə keçməkdən imtina edib.
Sportarena.az “Daily Star”-a istinadən xəbər verir ki, 29 yaşlı britaniyalı cari mövsümün digər matçlarında “qırmızı şeytanlar”ın heyətində yer almaq üçün mübarizə aparmaq niyyətindədir.
Eyni zamanda, o, daha çox oyun təcrübəsi toplayacağına ümid edir. Bu baş verməsə, İngiltərə millisinin futbolçusu yayda klubunu dəyişmək variantını nəzərdən keçirəcək.
Harri Maquayr cari mövsüm “Mançester Yunayted”in heyətində 16 matça çıxıb.