"Zaqreb Open": Milli güləşçilərimiz mübarizəyə başlayır

11:19 1 Fevral 2023

Azərbaycanın 7 sərbəst güləşçisi bu gün Xorvatiyada başlayacaq “Zaqreb Open”də mübarizəyə start verəcək.

 

Sportarena.az xəbər verir ki, yarışın ilk günündə 57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifatda çinli Veiyu Li ilə, eyni çəkidəki Əliabbas Rzazadə onun həmyerlisi Vanhao Zou ilə qarşılaşacaq.

 

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda polşalı Eduard Qriqorevin müqavimətini qırmağa çalışacaq.

 

70 kq-da Xadjimurad Qadjiyev təsnifatda italiyalı Canluka Talamoya, bu çəkidə yarışan Hacı Əliyev 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeyə rəqib olub.

 

74 kq-dakı Cəbrayıl Qadjiyev təsnifatda Rumıniyalı Krisztian Biroyla, 86 kq-dakı Abubakr Abakarov 1/8 finalda gürcüstanlı Tariel Qaprindaşvili ilə güləşəcək.

 

Qeyd edək ki, “Zaqreb Open” fevralın 5-də bitəcək.


Digər xəbərlər

Xəbər xətti