"Barselona"dan “Sportinq”ə keçdi

11:50 1 Fevral 2023

“Barselona” müdafiəçisi Hektor Bellerinlə yollarını ayırıb.
 

Sportarena.az xəbər verir ki, ispaniyalı futbolçu Portuqaliyanın “Sportinq” klubuna keçib.

 

27 yaşlı müdafiəçi yeni klubu ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.

 

Belyerin cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla, 7 matçda iştirak edib. O, 2022-ci ilin yayında “Arsenal”dan “Barselona”ya keçmişdi.


Digər xəbərlər

Xəbər xətti