UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Belçika klubu “Gent” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportarena.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xeyn Vanhazebruk 28 futbolçunu sifariş edib.
Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur. İştirak ərizəsində 6 gənc oyunçu B siyahısına salınıb.
Qapıçılar: 1.Pol Nardi (Fransa), 33.Deyvi Rof, 40.Rene Vanden Borr (B siyahısı)
Müdafiəçilər: 2.Yozef Okumu (Keniya), 5.Maykl Nqadye-Nqadjui (Kamerun), 14.Alessio Kastro-Montes, 15.Bram Laqe (B), 21.Andreas Xançe-Olsen (Norveç), 23.Cordan Torunariqa (Almaniya), 25.Nurio Fortuna (Portuqaliya), 27.Rune Van Den Berq (B), 31.Bruno Godo, 35.Sederik Van Dele
Yarımmüdafiəçilər: 6.Elişa Ovusu (Qana), 7.Xonq Xyunsek (Cənubi Koreya), 8.Vadis Ocica-Ofoe, 12.Noa De Ridder (B), 13.Julyen De Sart, 17.Endryu Xyulsaqer (Danimarka), 18.Matiss Samuaz, 22.Sulayman Marre (Qambiya), 24.Sven Kums, 28.Robbi Van Huter (B)
Hücumçular: 9.Darko Lemayiç (Serbiya), 10.Yens Petter Xauqe (Norveç), 11.Uqo Keypers, 19.Malik Fofana (B), 29.Loran Depuatr
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə baş tutacaq.