Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ilk ayında ən çox qol vurmuş futbolçuları açıqlayıb.
Sportarena.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Əlcəzairin "USM Alger" klubunda çıxış edən Aymen Mahious başçılıq edir.
26 yaşlı hücumçu yanvarın 1-dən fevralın 1-dək 5 dəfə fərqlənib.
İkinci yerdə Vyetnamın "Binh Duonq" komandasından 4 qolla Nquyev Tien Linh qərarlaşıb.