Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Qəbələ” “Sabah”ı qəbul edib. Matç 0:3 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Turun sonuncu matçı isə “Neftçi” ilə “Zirə” arasında baş tutub. Matç "Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Azərbaycan Premyer Liqası
20-ci tur
1 fevral
Qəbələ 0:3 Sabah (yekun)
Qol: Volkov 60, İrasabal 70, Mikels 89
Qırmızı vərəqə: Ruan, 28
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 15:00
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Neftçi 1:0 Zirə (yekun)
Qol: Stankoviç 51
Qırmızı vərəqə: Gerye 75 (ikinci sarı vərəq)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”, 17:30
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 96. Donald Gerye, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu