“Traktor”dan zəlzələ qurbanlarına yardım

14:53 1 Fevral 2023

Cənubi Azərbaycanın “Traktor” futbol klubu İsfahanın “Fulad” komandasına qarşı keçirəcəyi oyunun biletlərinin satışından əldə olunan gəliri Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə verəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Təbriz klubundan bildirilib.

 

Bu gün Təbrizdə keçiriləcək oyuna Bakı vaxtı ilə saat 14:30-da start veriləcək.

 

Qeyd edək ki, yanvarın 28-də Cənubi Azərbaycanın Xoy bölgəsində zəlzələ olub. Təbii fəlakət nəticəsində 3500-dən artıq yaşayı binası dağılıb, ölənlər və yaralananlar var.


Digər xəbərlər

Xəbər xətti