Orxan Səfərov da Böyük Dəbilqə turnirini buraxacaq

16:23 - 1 Fevral 2023 - Cüdo

Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak etməyəcək.

 

Sportarena.az xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan Orxan Səfərov xəstələndiyi üçün yarışa qatılmayacaq.

 

O, yüksək hərarət və öskürək səbəbindən milli komandanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yığmanın heyətindən çıxarılıb.

 

Səfərovun müalicəsinə dərhal başlanılıb və onun ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

 

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynovun (60 kq) zədə səbəbindən Böyük Dəbilqəni buraxacağı açıqlanıb. Yarış 4-5 fevralda təşkil olunacaq.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin