Premyer Liqa klubları qış transfer dönəmində yeni rekorda imza atıblar

16:41 1 Fevral 2023

İngiltərə Premyer Liqasının klubları qış transfer dönəmində oyunçu keçidlərinə xərclənən pula görə yeni rekorda imza atıblar.

 

Sportarena.az xəbər verir ki, elitanın 20 komandası 2023-cü ilin yanvarında futbolçu transferinə ümumilikdə 923 milyon avro xərcləyib.

 

Bu isə 2018-ci ildə müəyyən edilmiş 486 milyon avroluq rekorddan təxminən ikiqat artıq məbləğdir. 2022-ci ildə klublar qış fasiləsində 333 milyon avro xərc çəkiblər.

 

Premyer Liqa təmsilçiləri 2022/2023 mövsümündə ümumi xərclərə görə də rekordu yeniləyiblər. Klublar yayda və qışda ümumilikdə 3,17 milyard avroluq xərcə düşüblər.


Digər xəbərlər

Xəbər xətti