«Araz»FM-də ölkə futbolunun nəbzini tutan və böyük dinləyici auditoriyası olan «Arena»nın növbəti buraxılışı yayımlanıb.
Sportarena.az xəbər verir ki, tanınmış telejurnalist və "sportarena.az" saytının baş redaktoru Rüfət Nadirlinin aparıcısı olduğu verlişdə klubların baş məşqçiləri tez-tez dəyişməsi problemi müzakirə edilib.
«Arena»nın qonağı olan "Sportinfo.az" saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğlu məsələyə kompleks yanaşmağın vacibliyini vurğulayıb. O, əksər Premyer Liqa klublarının bir mərkəzdən idarə edilməsinə diqqət çəkib, əksər hallarda qeyri-peşəkar qərarlar verildiyini bildirib.
Deyib ki, bir çox məşqçilər real səlahiyyət sahibi deyil, onlar, sadəcə, icraçıdır:
«Elələri var ki, futbolçu bəyənmək və transfer etmək hüququndan da məhrum edilib».