"Zaqreb Open": İki güləşçimiz finala yüksəlib

18:37 1 Fevral 2023

Azərbaycanın sərbəst güləşçiləri Əliabbas Rzazadə və Hacı Əliyev Xorvatiyada start götürən "Zaqreb Open"də finala yüksəlib.

 

Sportarena.az xəbər verir ki, 57 kq-da mübarizə aparan Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Onun finaldakı rəqibi yaponiyalı Yuto Nişuçi olacaq.

 

70-da çıxış edən Əliyev isə 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib. O, həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkəcək.

 

Yığmanın 5 üzvü isə bürünc medal qarşılaşmasına çıxacaq. 57 kq-da İslam bazarqanov Bujiaşvili, 65 kq-da Əli Rəhimzadə yaponiyalı Ryoma Anraku, 70 kq-da Xadjimurad Qadjiyev hindistanlı Vişal Kaliramana, 74 kq-da Cəbrayıl Qadjiyev macarıstanlı Murad Kuramaqomedov, 86 kq-da Abubakr Abakarov isə ABŞ-dan olan Mark Hol ilə üz-üzə gələcək. Medal görüşləri bu gün keçiriləcək.

 

Qeyd edək ki, "Zaqreb Open" fevralın 5-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti