Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Konyaspor"dan Amir Hadciahmetoviçi transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb. Bosniya ve herseqovinalı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Amir Hadciahmetoviç "Konyaspor"a 2016-cı ilin qışında "Jelezniçar"dan transfer olunub. 25 yaşlı futbolçu cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.