Ovusu "Ferentsvaroş"da debüt matçında qol vurdu

23:10 1 Fevral 2023

"Qarabağ"dan "Ferentsvaroş"a transfer olan Kvabena Ovusu yeni komandasının heyətində ilk matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, qanalı forvard bu gün Macarıstan çempionatının "Pakşi"la səfər oyununda debüt edib. 65-ci dəqiqədə meydana daxil olan 25 yaşlı hücumçu 7 dəqiqə sonra qol vurmağı bacarıb.

 

Qeyd edək ki, "Pakşi" - "Ferentsvaroş" qarşılaşması qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb


Digər xəbərlər

Xəbər xətti