Renat Dadaşovun qolu klubunu məğlubiyyətdən xilas etmədi

09:27 2 Fevral 2023

Futbol üzrə İsveçrə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də ölkə kubokunda növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Bazel”lə qarşılaşıb. 3:5 hesabıyla uduzan “Qrasshopper” kubokda mübarizəni dayandırıb.

 

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 53-cü dəqiqədə penaltidən dəqiq yararlanan Renat vurub. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.


Xəbər xətti