“Mançester Yunayted” finala yüksəldi - VİDEO

09:53 2 Fevral 2023

İngiltərə Liqa Kubokunda yarımfinalın ikinci matçı keçirilib.

 

Sportarena.az xəbər verir ki, sonuncu finalçı “Mançester Yunayted” – “Nottingem Forest” matçında müəyyənləşib.

 

“Qırmızı şeytanlar” inamlı qələbə sayəsində həlledici oyuna vəsiqə qazanıblar.

 

Beləliklə, fevralın 26-da keçiriləcək final matçında “Nyukasl”la “Mançester Yunayted” üz-üzə gələcəklər.

 

İngiltərə Liqa Kuboku

Yarımfinal

1 fevral

Mançester Yunayted – Nottingem Forest 2:0

Qol: Marsyal, 73. Fred, 76.


Digər xəbərlər

Xəbər xətti