“Barselona”dan səfərdə inamlı qələbə

10:02 2 Fevral 2023

İspaniya La Liqasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, günün yeganə matçında lider “Barselona” səfərdə “Betis”lə qarşılaşıb.

 

Kataloniya təmsilçisi bu oyunda növbəti qələbəsini rəsmiləşdirib. Bu qələbə sayəsində xalını 50-yə çatdıran “Barselona” əsas izləyicisi “Real”ı 8 xal qabaqlayır. Amma Madrid təmsilçisinin də təxirə salınmış bir oyunu var.

 

İspaniya La Liqası

17-ci turun oyunu

2 fevral

Betis – Barselona 1:2

Qol: Kunde, 85-öz qapısına – Rafinya, 65. Levandovski, 80.


Xəbər xətti