Fransa çempionatında 21-ci turun oyunarı keçirilib.
Sportarena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Lion “Olimpik”i “Brest”lə ev oyununda xal itirib. “Nant”ın qonağı olan Marsel “Olimpik”i isə səfərdə qələbə qazanıb. “Monako” “Oser”i məğlub yola salıb. Son çempion və lider PSJ isə səfərdə “Monpelye”yə qalib gəlib.
21 turdan sonra 51 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 46 xalla ikinci, “Lans” 45 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 41, “Renn”in 40 xalı var.
Fransa, Liqa 1
21-ci tur
1 fevral
Anje – Ayaçço 1:2
Qol: Sima, 13 – Sumano, 65. Əl-İdrissi, 90+3.
Lill – Klermon 0:0
Nant – Olimpik (Marsel) 0:2
Qol: J.Viktor, 57-öz qapısına. Unai , 90+2.
Reyms – Loryan 4:2
Qol: Baloqun, 44-pen; 61; 64. Dumbiya, 51 – Le Fi, 10. Kone, 36.
Tuluza – Trua 4:1
Qol: Dallinqa, 16. Çaibi, 36. Van den Bomen, 55. Onaivu, 88 – Balde, 12-pen.
Lans – Nitsa 0:1
Qol: Laborde, 57.
Olimpik (Lion) – Brest 0:0
Monako – Oser 3:2
Qol: Ben Yedder, 11. Ben Seqir, 30. Embolo, 82 – Abline, 68. Da Kosta, 84.
Monpelye – PSJ 1:3
Qol: Nordin, 89 – Ruis, 55. Messi, 72. Zaire-Emeri, 90+1.
Renn – Strasburq 3:0
Qol: Quiri, 3; 21. Due, 51.