Futbol üzrə klublararası dünya çempionatına start verilib.
Sportarena.az xəbər verir ki, Mərakeşdə təşkil olunmuş turnirin ilk oyunu Misirin “Əl-Əhli” və Yeni Zelandiyanın “Oklend Siti” komandaları arasında baş tutub.
1/4 finala vəsiqə uğrunda oyunda 3 cavabsız qola sevinən “Əl-Əhli” növbəti mərhələyə yüksəlib.
“Əl-Əhli” 1/4 finalda ABŞ-ın “Sietl Saunders” komandası ilə qarşılaşacaq. Bu mərhələnin digər görüşü isə “Vidad”la (Mərakeş) “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) arasında baş tutacaq.
Klublararası dünya çempionatı
1 fevral
Əl-Əhli – Oklend Siti 3:0
Qol: Əl-Şahat, 45+2. Şerif, 56. Tau, 86.