“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İngiltərə klubu Premyer Liqanın digər təmsilçisi “Nyukasl”dan Conco Şelvini transfer edib.
30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.
Şelvi “Nyukasl”a 2016-cı ildə “Suonsi”dən 16 milyon avroya transfer olunmuşdu. İngilis futbolçu bu komandada 202 oyuna 18 qol vurub. O, “Liverpul”, “Çarlton Atletik”, “Blekpul” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi İngiltərə yığmasında da 6 oyun keçirib.
“Nyukasl” qapıçısı Karl Darlounu da “Hall Siti”yə icarəyə verib. İngiltərədən olan 32 yaşlı futbolçu bu il mayın 31-nə kimi icarədə olacaq. O, 2014-cü ildən formasını geyindiyi “Nyukasl”da 100 oyun keçirib.
“Nottingem Forest” də müdafiəçisi Loik Mbe Sonu da Fransanın “Genqam” klubuna icarəyə verib. 21 yaşlı futbolçu 2023-cü ilin 30 iyununa kimi icarədə olacaq. PSJ-nin yetirməsi 2020-ci ilin sentyabrında 5 milyon avro qarşılığında keçdiyi İngiltərə klubunda 13 oyuna 1 qol vurub.