“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 17-ci turunun təxirə salınmış “Betis”lə oyununu (2:1) dəyərləndirib.
Sportarena.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, matçdan razı olduğunu bildirib:
“Oyundan çox razı qaldım. “Jirona” ilə matçla müqayisədə xeyli irəliləmişik. Möhtəşəm oyun oldu. Topu itirməmək çox vacib idi. Oyunun sonuna qədər üstünlüyümüzü qoruyub saxladıq.
Rafinya yalnız vurduğu qola görə yox, həm də müdafiədəki oyununa görə çox yaxşı işlər gördü. Tənqid olunur, amma nəticə çıxarır. Həqiqətən, biz onun çıxışını yüksək qiymətləndiririk”.
Qeyd edək ki, “Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlinə 50 xalla başçılıq edir.