Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu futbolçusu Kriştiano Ronaldonun maaşının cəmi 10 faizini ödəyir.
Sportarena.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu məvacibinin qalan hissəsini Səudiyyə Ərəbistanının büdcəsindən alır.
Daha əvvəl portuqaliyalı forvardın maaşının təxminən 217 milyon avro olduğu bildirilib.
Qeyd edək ki, Kriştiano Ronaldo ötən ay "Əl-Nasr" ilə 2 illik müqavilə imzalayıb.