“Kremoneze” tarixi rekordunu təkrarladı

14:51 - 2 Fevral 2023 - İtaliya

“Kremoneze” İtaliya kubokunun 1/4 finalında “Roma”nı məğlub edib (2:1).

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, “Kremoneze” 18 ildən sonra ilk dəfə İtaliya B Seriyasından A Seriyasına yüksələn və ölkə kubokunun yarımfinalına vəsiqə qazanan klub kimi tarixə düşüb.

 

Öncədən bunu 2004/05 mövsümündə “Kalyari” bacarıb. Yarımfinalda onlar “İnter”ə uduzaraq (2:4) mübarizəni dayandırıblar.

 

“Kremoneze” tarixində ikinci dəfə, 1987-ci ildən bəri isə ilk dəfə İtaliya kubokunun yarımfinal mərhələsinə çıxmaqla, rekordunu təkrarlayıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin