Varan Fransa millisindəki karyerasını başa vurub

16:43 - 2 Fevral 2023 - Fransa

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.

 

Sportarena.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmanın heyətində oynamaqdan imtina edib.

 

Varan fiziki və psixoloji geriləmə hiss etdiyi üçün bu addımı atıb. Təcrübəli oyunçu ailəsi ilə daha çox vaxt keçirmək istəyir.

 

Qeyd edək ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Rafael Varan ötən il Qətərdəki mundialda gümüş medal qazanıb. 2013-cü ildən yığmanın formasını geyinən müdafiəçi 2021-ci ildə Millətlər Liqasında da qızıl medala sahib çıxıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin