AFFA “Neftçi”nin şikayətini təmin etmədi

18:22 2 Fevral 2023

Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin ötən il dekabrın 15-də Birinci Divizionda çıxış edən “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev barəsində verdiyi 5 oyunluq kənarlaşdırma cəzası və 400 manatlıq cərimə qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Abdullayev “Araz Naxçıvan”la 14-cü tur matçının 58-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alıb.


Digər xəbərlər

Xəbər xətti