Belçikalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcək

20:55 2 Fevral 2023

Belçikanın "Ekselsior" komandasının futbolçusu Ayyub Allah karyerasını Azərbaycanda davam etdirəcək.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu səbəbdən klubu ilə müqaviləsini pozub.

 

Mərakeş əsilli belçikalı oyunçunun Azərbaycanın hansı komandasına keçəcəyi hələlik bəlli deyil.

 

Qeyd edək ki, Ayyub Allah bu mövsüm "Ekselsior"un heyətində 14 oyun keçirib. O, daha əvvəl ölkəsində "Lyers" və ABŞ-da "Sportinq Kanzas Siti"inin də formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti