“Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyeş “Beşiktaş”dan təklif alıb.
Sportarena.az “Goal.com”a istinadən xəbər verir ki, yarımmüdafiəçinin İstanbul klubuna keçidinə yalnız yüksək maaşı mane ola bilər.
Türkiyədə “transfer pəncərəsi” fevralın 8-dək açıq olacaq.
Qeyd edək ki, Ziyeş "Çelsi"nin lazımı sənədləri 3 dəfə səhv göndərməsi nəticəsində transfer pəncərəsinin bağlanması ilə PSJ-yə keçə bilməmişdi.