“Nottingem Forest”in baş məşqçisi Stiven Kuper İngiltərə Liqa kubokunun “Mançester Yunayted”lə görüşünü (0:2) şərh edib.
Sportarena.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, Mançester təmsilçisinin finala layiq olduğunu deyib:
“Mançester Yunayted” bizdən üstün idi. Finala yüksəlməyə layiq idilər. 30 ildən sonra ilk dəfə yarımfinalda çıxış etdik. Keçən il biz Çempionşipdə mübarizə aparırdıq. Tərəqqi göz qabağındadır”.
“Nottingem Forest” İngiltərə Liqa kubokunda “qırmızı şeytanlar”a uduzaraq mübarizəni dayandırıb.