Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan matçda “Sərhədçi” və “Neftçi” komandaları qarşılaşıblar.
Görüşə üstün başlayan nominal meydan sahibləri yekunda 86:77 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Keron Beyker (21 xal, 2 asist) və “Neftçi”dən Davit Lomidze (20 xal, 3 ribaund) olub.
İlk oyun günündə “Sabah” “AAAF Xırdalan”a 82:63 hesabıyla qalib gəlmişdi. Bu turun “Zirvə Astara” – “Gəncə” oyunu fevralın 4-də, “Olimpik Şəki” – NTD oyunu isə ayın 5-də keçiriləcək.