"Başakşəhər" uduzdu, " Fənərbaxça" bərabərə qaldı - VİDEO

23:50 2 Fevral 2023

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

 

“Kayserispor”la qarşılaşan “Başakşəhər” turu xalsız başa vurub. “Konyaspor” da evdə “İstanbulspor”a uduzub. “Adana Dəmirspor” – “Fənərbaxça” matçı isə heç-heçə bitib.

 

Hazırda 51 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 45 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncüdür. “Beşiktaş”ın 39, “Adana Dəmirspor”la “Trabzonspor”un 38 xalı var.

 

Türkiyə Super Liqası

22-ci tur

2 fevral

Kayserispor – Başakşəhər 1:0

Qol: A.Karimi, 49.

 

Konyaspor – İstanbulspor 0:1

Qol: C.Karayel, 67-öz qapısına.

 

Adana Dəmirspor – Fənərbaxça 1:1

Qol: Ndiaye, 84-pen – Valensiya, 89.


Digər xəbərlər

Xəbər xətti