“Yuventus” yarımfinalda - VİDEO

09:25 3 Fevral 2023

İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

 

“Yuventus” “Latsio”nu qəbul edib və rəqibini məğlub etməklə növbəti mərhələyə yüksəlib.

 

Daha öncə “İnter”, “Fiorentina” və “Kremoneze” də yarımfinala yüksəlmişdi. Yarımfinalda “İnter” “Yuventus”la, “Kremoneze” isə “Fiorentina” ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları apreldə keçiriləcək.

 

İtaliya kuboku

1/4 final

2 fevral

Yuventus – Latsio 1:0

Qol: Bremer, 44.


Xəbər xətti