“Real”dan evdə inamlı qələbə - VİDEO

09:34 3 Fevral 2023

İspaniya La Liqasında 17-ci turdan təxirə salınmış daha bir oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, günün yeganə matçında lider “Barselona”nın əsas izləyicisi olan Madrid “Real”ı doğma meydanda “Valensiya” ilə qarşılaşıb.

 

Qarşılaşma Madrid təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Bu qələbə sayəsində xalını 45-ə çatdıran “Real” lider “Barselona”dan 5 xal geri qalır.

 

İspaniya La Liqası

17-ci turun oyunu

2 fevral

Real – Valensiya 2:0

Qol: Asensio, 52. V.Junior, 54.


Digər xəbərlər

Xəbər xətti