"Birinci hissə çox da yaxşı oynamadıq" - Ten Haq

10:12 3 Fevral 2023

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Liqa kubokonun “Nottingem Forest”lə oyunundan sonra (2:0) açıqlama verib.

 

Sportarena.az BBC-yə istinadən xəbər verir ki, o, ikinci hissənin daha sürətli keçdiyini deyib:

“Doğrusu, birinci hissə çox da yaxşı oynamadıq. Oyunçularım çox yavaş oynayırdılar. İkinci hissə daha sürətli keçdi. Yaxşı oynadıq və qollar vurduq. Rəqib müdafiədə inamlı mübarizə apardı.

Hər oyun daha da keyfiyyətli mübarizə aparmalıyıq. Yaxşı heyətimiz var. Biz “Mançester Yunayted”ik. Bu klubda oynayırsansa, yüksək standartlara cavab verməlisən”.

 

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Liqa kubokunun finalında “Nyukasl”la qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti