"Qarabağ" "Gent" ilə oyun üçün iştirak ərizəsini açıqladı

10:32 3 Fevral 2023

Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə qarşılaşacaq "Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim edib.

 

Sportarena.az xəbər verir ki, zədəli durumda olan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətə salınmayıb.

 

Əvəzində yeni transferlərdən Redon Cica, Adama Diakabi, Yassin Benzia və "Qarabağ-2"nin qapıçısı Ayhan Arazlı sifariş olunub.

 

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi;

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.

 

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti