Azərbaycan millisinin futbolçusu Cənubi Koreya klubuna keçir

10:41 3 Fevral 2023

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasından ayrılır.

 

Sportarena.az xəbər verir ki, bu barədə polşalı jurnalist Şimon Yançik özünün sosial şəbəkə hesabında paylaşım edib.

 

O, 25 yaşlı müdafiəçinin karyerasını Cənubi Koreyada davam etdirəcəyini yazıb. Oyunçunun xidmətində maraqlı olan klubun adı açıqlanmayıb.


Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sına 2021-ci ilin yayında təqribən 70 000 avro qarşılığında keçib.


Xəbər xətti