PSJ-nin futbolçusu Canluici Donnaruma İtaliya A Seriyası təmsilçisi “Milan” haqda danışıb.
Sportarena.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, bu klubda səkkiz il keçirtdiyini bildirib:
“Milan”da fantastik səkkiz il keçirtdim. Uşaq vaxtı əylənmək üçün futbol oynayırdım. 14 yaşımda peşəkar futbolçu olmaq qərarını verdim. Sinişa Mixayloviç (“İnter”in keçmiş futbolçusu) məni oyuna daxil etmək istədiyini dedikdə çox xoşbəxt oldum”.
Qeyd edək ki, Canluici Donnaruma bu mövsüm Liqa 1-də PSJ-nin heyətində 21 oyuna çıxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb. O, 2015-2021-ci illərdə “Milan”da çıxış edib.