“Qarabağ”ın hücumçusu bombardirlər siyahısında liderdir

12:52 3 Fevral 2023

Cari mövsüm Avropa liqalarında 21 yaşadək oyunçular arasında ən çox qol vuran futbolçular məlum olub.

 

Sportarena.az “Euro Foot” nəşrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı yer alıb.

 

Gənc oyunçu 14 qolla Fransanın “Reyms” komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür. İlk “üç-lüy”ü “Benfika”dan Qonsalo Ramos (12 qol) tamamlayır.

 

Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən “Qarabağ”da oynayır.


Digər xəbərlər

Xəbər xətti