“Barselona”dan “Fənərbaxça”ya

14:22 3 Fevral 2023

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Barselona”da forma geyinən türkiyəli yarımmüdafiəçi Emre Demiri heyətinə qatıb.

 

19 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. Emre “Fənərbaxça”ya azad agent kimi qoşulub.

 

“Kayserispor”un yetirməsi olan gənc futbolçu “Barselona”ya 2022-ci ilin yayında 2 milyon avro qarşılığında transfer olunmuşdu. O, hazırda Türkiyənin U-19 yığmasına dəvət alır.


Digər xəbərlər

Xəbər xətti