Almaniya millisinin sabiq futbolçusu Mesut Özil karyerasını başa vurub.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son olaraq "Başakşehir"də çıxış edən oyunçu gözlənilmədən bu addımı atıb.
Bugünkü məşqdə iştirak etməyən 35 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarına karyerasını bitirəcəyini söyləyib.
Qeyd edək ki, Mesut Özil İspaniyada "Real Madrid", İngiltərədə "Arsenal" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.