“Bavariya”nın baş məşqçisi Yulian Naqelsman bildirib ki, Sadio Mane Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə qarşı keçiriləcək ilk oyunu buraxacaq.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis seneqallının meydana çıxmayacağı barədə bunları deyib:
"Onun fevralın ortalarında və ya sonunda qayıdacağını gözləyirəm. Hər şey yaxşı görünür. Lakin o, PSJ ilə ilk oyunu buraxacaq".
Noyabrın 8-də Almaniya çempionatının "Verder”lə (6:1)görüşündə zədələnmiş afrikalı Qətərdəki mundialda da iştirak etməmişdi.
Qeyd edək ki, bu matç fevralın 14-də baş tutacaq.