"Sevilya"nın futbolçusu İstanbul klubunda - RƏSMİ

20:44 3 Fevral 2023

Türkiyənin "Başakşehir" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"dan Adnan Yanuzayı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belçikalı vinger mövsümün sonuna kimi icarə əsasında Super Liqa klubunda çıxış edəcək.

 

Qeyd edək ki, Adnan Yanuzay "Sevilya"ya mövsümün əvvəlində azad agent statusu ilə keçib. 27 yaşlı futbolçu Əndəlus təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti