“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunun 1/4 finalının “Latsio” ilə matçından sonra (1:0) açıqlama verib.
Sportarena.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, A Seriyasını qazanmaq uğrunda mübarizədə klubların şanslarını dəyərləndirib:
“Məncə, bu mübarizədə “İnter”in heç bir problemi olmayacaq. “Milan”, “Roma”, “Latsio” və “Atalanta”nın hər birinin 25 faiz şansı var. “Latsio” yaxşı çıxış edir. Onlarla oynamaq çətindir”.
Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un İtaliya çempionatında topladığı xalların 15-i silinib. Nəticədə, klub hazırda turnir cədvəlində 23 xalla 13-cü pillədə qərarlaşıb.