İspaniyalı yarımmüdafiəçi İsko karyerasını İngiltərədə davam etdirə bilər.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, “Everton” 30 yaşlı futbolçunu transfer etməyi hədəfləyib. Eyni zamanda, oyunçu ilə Türkiyənin 2 klubu da maraqlanır.
Öncədən İsko “Union Berlin”ə keçməyə yaxın idi. Lakin Bundesliqa təmsilçisi futbolçunun maliyyə ehtiyaclarını qarşılaya bilmədi.
İspan futbolçu ötən ilin dekabrında “Sevilya” ilə müqaviləsini pozub.