Azərbaycanın üç cüdoçusu bu gün Parisdə start götürəcək “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.
Sportarena.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 finalda Matteus Takaki (Braziliya) – Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.
66 kq-dakı Yaşar Nəcəfov eyni raundda An Cehonq (Cənubi Koreya) – Cerard Kadet (Haiti) duelinin güclüsü ilə üz-üzə gələcək.
73 kq-dakı Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) mübarizə aparacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 5-də sona çatacaq.