Kadi Borges "Krasnodar"dakı ilk oyununda zədələndi

11:06 4 Fevral 2023

Rusiya "Krasnodar"ının yeni transferi Kadi Borges zədələnib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu Qış Kuboku turnirində "Soçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunda sıradan çıxıb.

 

Ayağıdan xəsarət alan 27 yaşlı yarımmüdafiəçi zədəsinin ciddi olmadığını bildirib:

"Ağrı var, amma düşünürəm ki, tezliklə oynamağa hazır olacağam. Bilirəm ki, kifayət qədər çətin liqada oynamalıyam. Buna hazıram".

 

Qeyd edək ki, Kadi Borges "Krasnodar"a qış fasiləsində "Qarabağ"dan keçib.


Digər xəbərlər

Xəbər xətti