“Nottingem Forest”dən daha bir transfer

12:24 4 Fevral 2023

İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Qana millisinin və Qətərin “Əl-Sədd” klubunun yarımmüdafiəçisi Andre Ayyunu heyətinə qatıb.

 

33 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb. Ayyu “Marsel”in yetirməsidir. O, “Loryan”, “Arl-Avinyon”, “Suonsi Siti”, “Vest Hem”, “Fənərbaxça” kimi klublarda da oynayıb. Təcrübəli vinger 2021-ci ildən formasını geyindiyi “Əl-Sədd”də 39 oyunda 22 qol vurub. O, Qana yığmasında da 113 oyunda 24 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti