"Qazandığımız bir xal növbəti görüşlərdə bizə daha çox motivasiya verəcək" - Tərlan Əhmədov

16:58 4 Fevral 2023

"Qazandığımız bir xal növbəti görüşlərdə bizə daha çox motivasiya verəcək. Bəzi futbolçular belə rəqiblərə qarşı yaxşı motivasiya olurlar".

 

Sportarena.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

 

52 yaşlı mütəxəssis rəqibin büdcə baxımından onlardan üstün olduğunu bildirib:

"Fərq həddindən artıq böyükdür. Bu gün belə komandadan bir xal almışıq. Həyatda mümkünsüz heç nə yoxdur".

 

Əhmədov hər iki kollektivin maraqlı oyun sərgilədiyini söyləyib:

"Qarabağ" topa daha çox nəzarət edirdi. Onları əks hücumda tutmağa çalışırdıq. Bəzən də buna nail olurduq. Nizam-intizam, mübarizəli oyun məni sevindirir. Komandanın inkişafı və istəkli olması bugünkü matçda sübut olundu. Düşünürəm ki, bu görüş hamımıza zövq verdi. Biz hazırda turnir cədvəlimizdəki mövqeyimizi düzəltməyə çalışırıq".


Digər xəbərlər

Xəbər xətti