Azyaşlı qız futbolçular “Sabah”ın qonağı oldular

17:21 4 Fevral 2023

Qızlardan ibarət “Xırdalan” FK-nın aşağı yaş qruplarının üzvləri “Sabah” Futbol Akademiyasının qonağı olub.

 

Sportarena.az xəbər verir ki, “ASK Arena”da baş tutan görüşdə əvvəlcə akademiyanın məşqçisi Namiq Süleymanov azyaşlılara “Qızlar futbolda” mövzusunda seminar keçərək, onlara seçdikləri peşə üzrə uğur qazanmağın yollarını izah edib, həmçinin öz məsləhətlərini verib.

 

Daha sonra azyaşlı qızlar akademiyanın U-12 komandası ilə birgə məşqə çıxıb. Məşqin sonunda “Xırdalan” və “Sabah”ın üzvlərindən ibarət qarışıq heyətə malik komandalar arasında ikitərəfli oyun keçirilib.


Digər xəbərlər

Xəbər xətti