"Real" Almaniya klubunun futbolçusu ilə maraqlanır

17:39 4 Fevral 2023

“Real” Bundesliqa klubu “Borussiya”nın (Dortmund) futbolçusu Kərim Adeyemi ilə maraqlanır.

 

Sportarena.az “Football Espana”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı oyunçunu Kərim Benzemanın əvəzləyicisi kimi nəzərdən keçirir.

 

Almaniyalının klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

 

Adeyemi cari mövsümdə “Borussiya”nın heyətində bütün turnirlər daxil olmaqla, 21 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti